Nida Xəbər
İlham Əliyev regiondakı yeni reallıqları əla izah etdi – Derya Aldemir
Artıq dövr dəyişib və regionda kartlar yenidən paylanır. Regionda maraqları olan bütün qüvvələr bunun fərqindədir və proseslərin isinməsinin altında yatan səbəblərdən biri də məhz budur.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan icması Ankara təmsilçisi Dr.Derya Akdemir Azərbaycan Prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələrini dəyərləndirərkən deyib.
D.Akdemir qeyd edib ki, Rusiya bilir ki, qərb onu regiondan sıxışdırmaq istəyir: “İran isə fərqindədir ki, əzələ nümayişinə getməsə, xəritədən silinəcək. Azərbaycan və Türkiyə bir yerdə qərar veriblər ki, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasına nail olmaq lazımdır. Qərb isə düşünür ki, nəyin bahasına olursa olsun, yoluna Rusiyasız davam etsə də, Türkiyəni yanına çəksin. ABŞ ilə müəyyən eyni bhaxış bucağı ilə hadisələrə baxmayan Avropa İttifaqı istər istəməz regional və qlobal siyasətdə novator addımlar atmalıdır ki, dağılmaqdan xilas olsun. Bütün bunları nəzərdən keçirən, analiz edən rəsmi Bakı təbiri - caizsə, regionda 44 günlük müharibə qazanılan zəfərdən sonra artan rolunu daha da möhkəmləndirmək üçün dinamik gedişlər edir. Azərbaycan prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV - lərinə verdiyi müsahibələrdə demək istədiyi məhz elə budur. Cənubi Qafqazda öz üstünlüyünü stabilləşdirən rəsmi Bakının yeni geosiyasi mexanizmdə aktiv aktor kimi mövcud olması düzdür bəzi qüvvələri narahat edir, ancaq buna baxmayaraq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi - təhlükəsizlik motivləri nəzərə alaraq özünü daha dinamik dövrlər üçün hazırlayır və qarşısına xarici siyasətdə yeni hədəflər qoyur. Regionda siyasətin yazılmamış qanunlarına yaxşı bələd olan İlham Əliyevin son müsahibələrində bu yeni hədəfləri açıq - aşkar görmək mümkündür və dünyanın analitik beyinləri bunu çox yaxşı anlayırlar ki, Azərbaycan regionun açar ölkəsi olmaq yolunda əmin addımlarla irəliləyir və nə olursa olursa yolundan dönmək niyyətində deyil”.
Derya Akdemir bildirib ki, artıq ötən il qırx dörd gün davam edən müharibədə qazanılan zəfərdən sonra Azərbaycan sadəcə regionda mövcud olan aktivliyini artırmaqla kifayətlənmədi, həmçinin, region üçün yeni siyasi-iqtisadi reallıqların formalaşmasını təmin etdi.
Onun sözlərinə görə, Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr Bəyanatından sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə etdikəri hər səfərdə bizdə bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı: “Bu gün biz artıq görürük və bilirik ki, 28 il işğal altında olan torpaqların əsl sahibləri ora əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar və artıq işğaldan azad olunan hər bir qarış torpaqda gedən quruculuq və abadlıq işləri dövlətimizin əzminin, gücünün göstəricisidir, rəsmi Bakının siyasət masasında apardığı diplomatik müharibəsinin real nəticəsidir. Eyni zamanda bu həm də Türkiyə - Azərbaycan qardaşlığının əyani təzahürüdür. Ölkə başçısı da özünün həm axırıncı müsahibələrində, həm də bundan əvvəlki müsahibələrində dəfələrlə bildirib ki, regionda yeni bir dövr başlayır və bu yeni dövrün memarları Tükiyə və Azərbaycan qardaşlığıdır. Məhz bu qardaşlığın regionun siyasi müstəvisində geniş vüsət almasından dolayıdır ki, hal - hazırda regionda maraqları olan qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Cənab Prezident də son müsahibələrinin birində dünya ictimaiyyətinə haqlı olaraq müraciət edərək sülhün davamlılığın təmin edilməsi birgə fəaliyyətin vacibliyini vurğuladı. Bu da Azərbaycanın regionda sülhə və sabitliyə nə qədər önəm verdiyinin əyani sübutudur”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI