Nida Xəbər
İlham Rəhimovun rəhbərlik etdiyi təşkilat Moskvada toplandı: Rusiya elitası tədbirə... - - FOTO
Sentyabrın 29-da Moskvada Qara dəniz və Xəzər dənizi Ölkələri Hüquqşünasları Assosiasiyasının və Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Cinayət hüququ və Əxlaq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya paytaxtında baş tutan tədbirdə Azərbaycan, Rusiya və digər ölkələrin tanınmış dövlət və elm xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Taliya Xabriyeva çıxış edərək hüquq sahəsində çoxillik elmi və ictimai fəaliyyətinə görə hüquq elmləri doktoru, professor İlham Rəhimova rəhbəri olduğu institun “Fəxri professoru” adına layiq görüldüyünü qeyd edərək ona xüsusi mükafatı təqdim edib.
Professor İlham Rəhimov ona göstərilən bu yüksək etimada görə instituta və onun rəhbəri akademik Taliya Xabriyevaya minnətdarlıq edərək gələcəkdə də bu elm ocağı ilə səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə çıxış edən professor İlham Rəhimov cinayət qanunvericiliyi və əxlaq mövzusuna toxunub. Daha sonra o, dinin cinayət qanunvericiliyinin formalaşmasına təsiri barədə danışıb.
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev və Rusiya Federasiyasının Ədliyyə nazirinin müavini Yevgeni Zaberçuk isə konfransda onlayn formatda çıxış ediblər.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Aleksandr Narışkin konfrans iştirakçılarını onlayn formatda təbrik edib.
Rusiya Federasiyasının Daxili İşlər nazirinin müavini İqor Zubov daxili işlər naziri Vladimir Kolokolçevin, Rusiya Federasiyası Baş prokurorunun müavini Yuri Ponamoryov baş prokuror İqor Krasnovun və Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Taliya Xabriyeva Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azər Cəfərovun salamlarını konfrans iştirakçılarına çatdırıb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin çıxışında professor İlham Rəhimovun müəllifi olduğu “Cəzanın əxlaqiliyi haqqında” kitabından söz açaraq əsərdə müəllif tərəfindən bu mövzunun geniş şəkildə araşdırıldığını qeyd edib. A.Bastrıkin, həmçinin öz çıxışında gənc nəslin tərbiyəsi məsələsində təhsil sistemində olan çatışmazalıqlardan söz açıb və mövcud problemlə bağlı televiziya kanallarını ciddi tənqid edib.
Konfrans öz işini seksiyalar və dəyirmi masalarda davam etdirib.
Tədbir çərçivəsində professor İlham Rəhimov “Rossiya” telekanalına konfransla bağlı müsahibə verib.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


