Nida Xəbər
Sahib Məmmədov onlayn brifinq keçirdi
Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 133-cü sessiyası öz işinə başlayıb.
Publika.az xəbər verir ki, sessiyada Ermənistan Respublikasının BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt üzrə 3-cü Dövrü Hesabatı dinləniləcək.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ermənistanın Dövrü Hesabatına alternativ hesabat təqdim edib. Ermənistanın hesabatının müzakirəsi ərəfəsində VƏHML rəhbəri digər maraqlı tərəflərlə birgə BMT-nin İnsan Hüquqları Komitəsinin üzvləri üçün onlayn brifinq keçirib.
Sahib Məmmədov təmsil etdiyi təşkilatın təqdim etdiyi alternativ hesabatı bir daha təsdiq edib, lakin hesabatın təqdim olunduğu vaxtda əsaslı dəyişikliklərin baş verməsi barədə komitə üzvlərini məlumatlandırıb.
VƏHML tərəfindən verilən bəyanatda göstərilir ki, “Alternativ hesabatın təqdim olunduğu vaxtdan sonra vəziyyət əsaslı surətdə dəyişib, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti provokasiyasına qarşı əks-hücum başlayıb və 44 gün davam edən müharibə Rusiya, Ermənistan və Azərbaycan arasında bağlanmış üçtərəfli bəyanatla başa çatıb.
Azərbaycan işağ olunmuş əraziləri azad edib və ərazilərin erməni silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi Azərbaycan Ordusunun əraziləri işğaldan azad etməsi nəticəsində icra olunub.
Hesabatda göstərilən azərbaycanlı mülki girovlar əsirlərin mübadiləsi zamanı Azərbaycana verilib.
Bununla belə, 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri müharibə zonasından 30-50, 100 və bəzən 300 km məsafədə olan Azərbaycan şəhərlərinə ballistik raketlər ataraq 100 nəfərdən artıq mülki əhalini qətlə yetirib. Döyüş xəttinə yaxın ərazilərə Ermənistan tərəfindən qadağan olunmuş fosforlu və kaset bombalar atılıb.
Ermənistan tərəfi 44 gün davam edən müharibə zamanı əsir götürdüyü azərbaycanlı hərbçilərə münasibətdə qəddar davaranışlar nümayiş etdirib. Əsirlər işgəncələrə məruz qalıb və bir hissəsi qətlə yetirilib. Lakin üçtərəfli bəyanat imzalandıqdan sonra həm Azərbaycan, həm də Ermənistan əsirləri mübadilə edib”.
Lakin brifinqdə iştirak edən erməni QHT-lər bəyanatın səsləndirilməsinə mane olublar və Komitə prezidentindən dərhal bəyanatın səsləndirilməsinin dayadırımasını tələb ediblər. Bununla belə, təşkilatın bəyanatının əsas hissələri, o cümlədən Ermənistanın hərbi cinayəti barədə olan hissə Komitə üzvlərinin diqqətinə çatdırılıb.
VƏHML tərəfindən təqdim olunan alternativ hesabatla BMT İnsan Hüquqları Üzər Ali Komissarının rəsmi veb səhifəsində tanış olmaq olar.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






