Nida Xəbər
FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər. Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Sonra çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər. Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Sadıqov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Mərasim Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...










.jpg)




.png)





.jpg)

.jpg)











