Nida Xəbər
Azərbaycan Dünya Bankı ilə saziş imzaladı - FOTO
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi bildirildi.
Baş nazir Ə.Əsədov Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.
Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Sonda Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





