Nida Xəbər
Həmrəylik Günü Meksikada qeyd olundu - FOTO
Azərbaycanın Merksikadakı Səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Publika.az-a verilən məluata görə, bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən səfir Məmməd Talıbov ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəyə imza ataraq öz ərazi bütövlüyünü bərpa etdiyini və xalqımızın sarsılmaz həmrəyliyinin bu müqəddəs amala nail olunmasında müstəsna rol oynadığını bildirib.
M.Talıbov, həmçinin soydaşlarımıza başa çatmaqda olan il ərzində işğaldan azad olunmuş ərazilərimizdə görülmüş və hazırda böyük sürətlə davam edən quruculuq işləri və bölgənin ümumi inkişafı istiqamətində ölkəmiz tərəfindən aparılan fəaliyyət barədə məlumat verib və onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Meksikanın fərqli ştatlarında yaşayan həmvətənlərimizin bir araya toplaşması baxımından faydalı olmuş tədbirdə qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)