Nida Xəbər
Ceyhun Bayramov Lavrovla telefonda danışdı
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən xəbərə görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən "3+3" məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.
Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
