Nida Xəbər
“Lalə Azərtaşı "boşqab"da irəli itələyirlər” – QHT rəhbərindən müsabiqə qalibinə AĞIR SÖZLƏR
“Lalə Azərtaş kimi Qeyri Hökumət Təşkilatları rəhbərləri iki günün QHT sədrləridir. Biz heç cürət edib oraya layihə vermədik ki, Şuşanın adına uyğun layihə icra eləmək böyük məsuliyyət tələb edir. Lalə kimi adamlara təşkilat açıblar, onun kimi adamları da boşqabda irəli itələyirlər”.
Bunu Publika.az-a açıqlamasında Əsgər ailələrinə dəstək İctimai Birliyinin rəhbəri Mətanət Əskərqızı bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrinin elan edilməsinə münasibət bildirərkən deyib.
Mətanət Əskərqızı bildirib ki, bir vaxt bir dəstə “jurnalistləri” ev almaq üçün mediaya gətirdilər, indi də QHT-lərin belə adımların çiyninə bu adamları atırlar ki, həmin yükü biz daşıyaq:
“Mən həmin siyahıda Lalə Azərtaş kimi adamın olmasından çox narazıyam. Lalə gedib aparıcılığını eləsin, hələ QHT-çiliyi öyrənsin, ondan sonra gəlsin. Biz hesab etdik ki, belə bir işin altına girmək məsuliyyətdir. Belələri girirlərsə, mən nə deyim?! Siyahıda onun və digərlərinin adını görəndə məəttəl qaldım. Neçə ildir ki, QHT rəhbəriyəm və uzun illərdir jurnalistikada çalışıram. Mən layihə verməyə ehtiyat etdimsə, görün, belələri özündən nə qədər razıdırlar. Deyəcəklər ki, bu yaxşı layihə yazır və icra edir. Hamısı boş şeylərdir. Mən elələrinin layihəni kimin və necə yazdığını yaxşı bilirəm. Çox şeylər var... Agentliyə layihə verilib, o da onu icra etməlidir. Narazı qaldığım məqam odur ki, əvvəllər 3-5 il təcrübəsi olanlara yüksək məbləğdə qrant ayıra bilirdilər. Belə çıxır ki, 1-2 ilin QHT-si 30 milik, 50 mini ala bilər”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





