Nida Xəbər
Uyğur qətliamının ildönümü qeyd olundu
Dünyanın müxtəlif ölkələrində yaşayan uyğur mühacirlər Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda hökumət qüvvələrinin törətdiyi qətliamın 13-cü ildönümünü qeyd ediblər.
Publika.az xəbər verir ki, 2009-cu ilin iyul ayında Sincan Uyğur Muxtar Rayonunda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyada kommunist rejimindən uyğurlara qarşı ayrı-seçkiliyə, qeyri-insani rəftara son qoyulması tələb olunub. İyulun 5-də Çin hakimiyyəti aksiyanı amansızcasına yatırıb. Yüzlərlə uyğur qətlə yetirilib, yaralanıb, minlərlə uyğur isə həbs edilib.
Qətliamın 13-cü ildönümü Avropa İttifaqına daxil olan ölkələrdə, eyni zamanda Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yaponiyada anılıb.
Bu ölkələrdə məskunlaşmış uyğur mühacirlər keçirdikləri anım mərasimlərində Çin rejiminin müsəlman uyğurlara qarşı repressiyaları nəinki dayandırmadığını, əksinə, son illərdə daha da gücləndirdiyini bəyan ediblər.
”The Middle East Monitor“ qeyri-hökumət təşkilatının yaydığı məlumata əsasən, Böyük Britaniyanın paytaxtı Londonda aksiya daha fərqli formada təşkil olunub. “Stand4Uyghurs” hüquq müdafiəsi kampaniyasının Çinin Londondakı səfirliyi qarşısında keçirdiyi aksiyaya tanınmış incəsənət xadimləri liderlik ediblər. Aksiya zamanı uyğur əsilli məşhur rəssam Şəms Çində uyğurlara və digər etnik azlıqlara qarşı repressiyaları, Sincan bölgəsindəki əsir düşərgələrini, uyğurların kökünü kəsmək üçün yürüdülən siyasəti, işgəncə və zorakılıqları böyük bir kətan üzərində çəkdiyi rəsmlə ifadə edib.
“Stand4Uyghurs” kampaniyası 100-dən çox müsəlman təşkilatı birləşdirən koalisiyadır. Koalisiyanın məqsədi ictimaiyyəti Çin rejiminin zorakılıqları ilə üzləşən uyğurların və digər müsəlman azlıqların müdafiəsinə cəlb etməkdir.
İstər Böyük Britaniyada, istərsə də digər ölkələrdə keçirilən anım mərasimlərində uyğur soyqırımının, müsəlman-türk icmasının məhvinə yönəlmiş siyasətin dayandırılması, uyğurların saxlandığı əsir düşərgələrinin bağlanması, uyğurların fabriklərdə, tarlalarda qul kimi işlədilməsinə son qoyulması, itkin düşmüş şəxslər haqda məlumatların açıqlanması, o cümlədən ailələrindən alınmış uşaqların tapılması, zorla müsadirə edilən mülklərin sahiblərinə qaytarılması kimi tələblər irəli sürülüb.
(novator.az)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)