Nida Xəbər
Qaribaşvili Avstriyaya getdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avstriya Respublikasının Federal Kansleri Karl Nehammerin şəxsi dəvəti ilə bu ölkəyə səfər edib.
Publika.az xəbər verir ki, bu barədə qonşu ölkənin hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, rəsmi qarşılanma mərasimindən sonra İrakli Qaribaşvili və Federal Kansler Karl Nehammerlə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Söhbət zamanı Gürcüstan və Avstriya Respublikası arasında mövcud tərəfdaşlıq əlaqələrinə və müxtəlif istiqamətlərdə əməkdaşlıq gündəliyinin gücləndirilməsinə toxunulub.
Görüş zamanı Avstriya Respublikasının Gürcüstanın Avropa istəklərinə və Avropa seçimlərinə sarsılmaz dəstəyi vurğulanıb. Hökumət başçısı ümidvar olduğunu bildirib ki, Avstriya Avropa İttifaqına daxil olmaq yolunda Gürcüstana kömək etməkdə davam edəcək. Gürcüstanın Avropa perspektivinin müzakirəsinə xüsusi diqqət yetirilib.
Baş nazir qeyd edib ki, Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərardır. Baş nazir qeyd edib ki, ölkəmiz Avropa Komissiyasının namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrini yerinə yetirməkdə davam edir. Görüşdə həmçinin ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən turizm və enerji istiqamətində ticarət-iqtisadi əməkdaşlığın aspektləri, eləcə də Gürcüstanın regionları ilə Avstriya Respublikası arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.
Baş nazir Gürcüstanın Avropaya inteqrasiyasına, suverenliyinə və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə Avstriya Respublikasının Federal Kanslerine təşəkkür edib. İrakli Qaribaşvili Karl Nehammeri Gürcüstana rəsmi səfərə dəvət edib.
Qeyd edək ki, baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


