Nida Xəbər
"SOCAR Petroleum" "Aİ-95"-in bahalaşmasına münasibət bildirdi
Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Publika.az xəbər verir ki, bunu "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.
Ü.Həbibbəyli bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu


























