Nida Xəbər
Memorandumda həssas qrupların özünüməşğulluğu prioritetdir - ƏƏSMN və AHİK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev imzalayıblar.
S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini bildirib. O, 2021-ci ildə 16 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, bu göstəricinin proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çox olduğunu diqqətə çatdırıb. Son 4 ildə 50 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaratdığını deyib.
Nazir proqramın icrasında xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verildiyini vurğulayıb. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd edib. S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işlərində sosial tərəfdaşlarla, o cümlədən AHİK-lə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.
Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstəyin növbəti ifadəsi olan yeni memorandumun bu sahədə əməkdaşlığı davam etdirməyə əsas yaratdığını vurğulayıb.
S.Möhbalıyev AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq gündəliyinin geniş olduğunu qeyd edib. Son vaxtlar həssas qrupların özünüməşğulluğunun dəstəklənməsi üzrə də əməkdaşlıq təcrübəsi formalaşdığını bildirib. İmzalanan yeni sənədin ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təminatı işlərində Konfederasiyanın da yaxından iştirak etdiyinin növbəti göstəricisi olduğunu diqqətə şatdırıb.
Qeyd edək ki, ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi işlərinə Konfederasiya tərəfindən dəstək göstərilib. Bu dəstək çərçivəsində həssas qruplardan olan 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Həmin şəxslərdən 14-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır.
İmzalanan yeni Memorandum da həssas qrupların özünüməşğulluğunun təşkilində, proqram iştirakçıları üçün özünüməşğulluq istiqamətinin seçilməsində, biznes-planın hazırlanması və təlimlərin keçirilməsinə dəstək verilməsində, proqram iştirakçılarına aktivlərin təqdim edilməsində, biznes planların icrasının monitorinqində və s. iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.
-
Dünya14:30
Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında
-
İqtisadi gündəm14:00
Əhalinin gözlədiyi xəbər - Pensiyalar bu qədər artacaq
-
Elm və təhsil12:44
Bu xanımlara vəzifə verildi
-
Nida Xəbər 12:10
Dövlət Xidmətinin 3 əməkdaşı işdən çıxarıldı
-
İdman11:28
GÜNÜN QIZI: “Siti”nin “keçəl dahi”sinin ən yaxşı əsəri - FOTOLAR
-
Nida Xəbər 10:53
Baş nazir qərar imzaladı
-
MDB10:40
Abxaziyada gərginlik arta bilər - Prezident qanun layihəsini geri götürmədi
-
Sosial10:24
Anar Prezidentə müraciət etdi: “Onlar özləri...”