Nida Xəbər
Səfirliyimizə hücum edənlər kimlərdir? - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə dini radikalların hücumu baş verib. Radikallar səfirlik binasına daxil olub, bayrağımıza qarşı qeyri-əxlaqi hərəkət edib. Yalnız polisin müdaxiləsindən sonar onları səfirliyimizin binasından çıxarmaq mümkün olub.
Publika.az xəbər verir ki, hücumu Mehdi Qulluqçuları Birliyi adlı qrup üzvləri reallaşdırıb. Məlumata görə bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet səhifəsində “sivilizasiya hökmranlığı” qurmaq istədiyini bildirir.
Təşkilatın lideri Yasir əl-Həbib mübahisəli bir din xadimidir, onun “Cənnət xanımı” filmi islam tarixinin yanlış şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarında yayımdan qaldırılıb.
Qrup üzvləri Azərbaycan hökuməti tərəfindən ölkədəki bəzi şiələrin guya “təqibinə” etiraz ediblər.
Qrup bəyanatda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün onlara rəhbərləri tərəfindən göstəriş verilib.
Ana vətəni Küveytdə hakimiyyətlə münaqişəyə girdikdən sonra Böyük Britaniyadan sığınacaq alan Əl-Həbib Bukingemşirdə məscid işlədir.
İranın Londondakı səfirliyi daha əvvəl qrupu 2018-ci ildə səfriliyin əmlakına hücumda ittiham etmişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə əslində həmin qruplaşmanın dolayısı ilə İrana bağlı olduğu haqda iddialar da səsləndirilir.
(Axar.az)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
































.jpg)

.jpg)
