Nida Xəbər
London cinayətinin arxasından boylanan MƏNFUR MƏQSƏDLƏR - ekspert şərhi - VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 4-də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, siyasətçi Natiq Cəfərli bildirib ki, Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır. Onun sözlərinə görə, bu mənfur cinayətin bir neçə məqsədi var:
“1. Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər;
2. Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın;
3. Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir;
4. Bu hadisə ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, “tezalışandır”, provokasiyalara getməməliyik;
5. Bu hadisə cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər”.
Ekspert qeyd edib ki, bu hadisə Qarabağda baş verənlər, bölgəmizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, dünyanın çivisinin tam çıxması Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxartmağı labüd edir: “Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin - faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər...”.
Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Böyük Britaniya Azərbaycanın Londonda yerləşən səfirliyinə edilən hücumla bağlı hərtərəfli araşdırma aparır. Səfirlik Azərbaycanın London səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyib.
Akqabay
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


