Nida Xəbər
Soçi masasında QARABAĞ: Putin-Ərdoğan görüşündən gözləntilərimiz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putinlə görüşəcək. Danışıqların mövzuları arasında ikitərəfli münasibətlər, Ukrayna müharibəsi və taxıl məsələsi, Suriya və Suriyada edilə biləcək əməliyyat və Qarabağ məsələsi daxildir”.
Publika.az xəbər verir ki, bu fikirləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Soçidə müzakirə olunacaq əsas qaynar mövzulardan biri də məhz Qarabağdır: “Onlar bu mövzuda mütləq danışacaqlar. Məsələ təkcə baş verən münaqişələr, rus ətəyi altındakı ermənilərin Qarabağ bölgələrini istismar etməsi deyil, məncə, kökündə duran əsas məsələ rusların prosesləri istismar etməsi və istismara yol verməsidir. Bu məqamda çox maraqlıdır ki, ruslar Azərbaycan əsgərinin şəhid olmasından sonra antiterror əməliyyatına başlayan Bakını atəşkəsi pozmaqda ittiham edir.

Cənab Əliyevin “Putin söz verdi” deməsini yaxşı xatırlayıram. Putin həqiqətən vədinə əməl edəcəkmi? Nə vaxt sözünü tutacaq? Geridə qalan Azərbaycan torpaqları nə vaxt Azərbaycana təhvil veriləcək? Yoxsa Azərbaycanı oyun gözləyir? Axı biz çox maraqlı şeylər görürük, eşidirik”.
A.Ağar qeyd edib ki, Ermənistanın rus sülhməramlılarının nəzarətində ərazilərdə qondarma “Artsax” dövlətini, onun qondarma paytaxtı “Stepanakert”i diriltmək üçün siyasi və hərbi fəaliyyət və ambisiya içərisində olduğu görünür. Artıq mübarizə buradan başlayıb. Təbii olaraq meydana gələn bir sınaqdan. Müharibədən sonra imzalanmış atəşkəs çərçivəsində Azərbaycan üzərinə düşəni edib Laçına yol açsa da, ermənilər niyə Laçını və Zabux kəndini tərk etmirlər? Yoxsa 30 il əvvəl rusların himayəsi ilə Suriyadan gətirdikləri ermənilərlə yanaşı, Laçın və Zabuxu hələ də Ermənistanın mülkü kimi görürlər?” - ekspert vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib. Türkiyə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
































.jpg)

.jpg)
