Nida Xəbər
Tbilisi yarım ildə buğda ununun 99 faizini Rusiyadan alıb
Gürcüstan bu ilin birinci yarısında istehlak etdiyi buğda ununun 99 faizini, buğdanın isə 86 faizini Rusiyadan alıb. Cari ildə Rusiyadan un alınması kəskin artıb, buğda isə xeyli azalıb.
Publika.az verir ki, bununla da Rusiya Gürcüstanın buğda unu və taxıl tədarükündə yeganə monopolist ölkə olub.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan Rusiyadan 17 milyon ABŞ dolları dəyərində 48,3 min ton buğda alıb.
Hesabat dövründə Gürcüstana 36,2 milyon dollar dəyərində 95,725 min ton un gətirilib. Bunun da demək olar ki, 99 faizi Rusiyadan alınıb.
Keçən 2021-ci ilin eyni dövrü ilə müqayisədə un idxalı 895,6 faiz, pulla ifadədə isə 1174,6 faiz artıb.
Gürcüstanın un idxal etdiyi ölkələr sırasında Türkiyə, İtaliya, Qazaxıstan və digər ölkələr də yer alıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


