Nida Xəbər
Dövlətin əzəmətini ruhunda və əynində daşımaq... – Bizim Mehriban Əliyeva
Mili geyim nümunələri xalqın maddi və qeyri-maddi mədəniyyətinə xas xüsusiyyətləri əks etdirir. Adət-ənənələr, milli təfəkkür və xalq yaradıcılığı geyimlərin müxtəlifliyində, rəngarəngliyində, hətta naxışlarda və s. ayrı-ayrı detallarda üzə çıxır. Yüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənərək uzun inkişaf prosesi keçən geyimlərimiz özünəməxsusluğu ilə hər zaman seçilib. Bu gün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır.
Bu yöndə Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Mehriban Əliyeva milli motivləri və etnik elementləri Avropa klassikasına elə məharətlə uyğunlaşdırır ki, dərhal diqqəti cəlb edir, həm yerli, həm də dünya şöhrətli moda mütəxəssislərinin, eləcə də ictimaiyyətin sonsuz rəğbətini qazanır.
Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin, xüsusən də xalçaçılıq sənəti və onun orijinallığının qorunub saxlanması istiqamətində uzun illərdir ki, misilsiz fəaliyyət göstərir. Onun tez-tez milli motivlərin əks olunduğu füsunkar geyimlərə üstünlük verməsi də bunun bariz nümunəsidir. Həm rəsmi, həm də qeyri-rəsmi tədbirlərdə Birinci Xanımın milli üslublu libaslara üstünlük verməsini sosial şəbəkə istifadəçiləri diqqətəlayiq addım kimi həmişə yüksək qiymətləndirirlər. Dövləti və onun tarixini həm əynində, həm də ruhunda daşımaq həqiqətən unikal bir nümunədir. Bundan əlavə, yerli dizaynerlərə dəstək Prezidentin xanımı üçün prioritetdir. Məsələn, ötən həftə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm xatirə gecəsində Mehriban xanımın azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciəti heç də təsadüfi sayıla bilməz. Qeyd etmək lazmdır ki, sözügedən libas bir çox cəhətdən əlamətdardır. Bu barədə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova məlumat verib. Şirin Məlikova feysbuk səhifəsində bildirib ki, Mehriban Əliyevanın libasındakı printlər XVII əsrə aid Şirvan xalçasının ornamentlərinin eynisidir.
“Müslüm Maqomayevin 80 illiyi münasibətilə təşkil edilən tədbirdə Birinci Xanım Mehriban Əliyevanın geyindiyi paltarın üzərində on yeddinci əsrə aid Şirvan xalçasından götürülən naxışlar var. Həmin xalça 2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin 50 illiyi münasibətilə Avstriya Hərrac Evindən alınıb və hazırda muzeydə saxlanılır” , - Ş.Məlikova qeyd edib.
Şirvan xalçaçılıq məktəbinə Şamaxı, Maraz, Ağsu, Kürdəmirdə toxunan xalçalar daxildir. Bu məktəb özündə 25 kompozisiyanı birləşdirir. Buraya oxşar xüsusiyyətlərinə görə Salyan xalçaları da daxildir. Şirvan qrupuna “Mərəzə xalçası”, “Qobustan xalçası”, “Şirvan xalçası”, “Kürdəmir xalçası”, “Şilyan xalçası”, “Şirəlibəyin xalçası”, “Çuxanlı xalçası”, “Xalça” daxildir. Bijo, “Sor-zibil xalçası”, “Hacıqabula xalçası” və s. aid edilir.
Şirvan xalçalarının bədii dəyəri haqqında hələ 6-8-ci əsrlərdə alman və ingilis tacir və səfirlərinin qeydlərində qiymətli məlumatlara rast gəlmək olar. Şirvan xalçaları hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının rəsmlərində tərənnüm edilib. Belə ki, XV əsrdə holland rəssamı Hans Memlinq özünün “Madonna və Uşaq” kətanında Şirvan xalçasının estetik xüsusiyyətlərindən söz açıb.
Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun qədim Basqal kəndinə səfəri zamanı başına örtdüyü və çiyninə saldığı heyrətamiz kəlağayı da çoxlarının diqqətini çəkib. Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva səfər zamanı yerli kəlağayı sexində olub, usta ilə söhbət ediblər. Daha sonra Mehriban xanım kəlağayıya Basqalı naxışını çəkib. Usta ilə birinci xanımın kələğayı barədə söhbəti səfərin ən yaddaqalan məqamlarından biridir:
“Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Herati” deyirik. Bunlar sırf Azərbaycan naxışlarıdır. Onların tarixi ən azı 300-400 il əvvələ gedib çıxır. Bu alətlə tətbiq etdim. O vaxt ustalar bunu necə də yaxşı bacarırdılar. Azərbaycan ustalar diyarıdır. Bu da buna misaldır”.
Ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri də kəlağayıçılıqdır. Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Çoxəsrlik Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu gün Azərbaycanın bir çox rayonlarında kəlağayı istehsal olunur, lakin bu sənətə daha çox Şəki şəhərində və İsmayıllı rayonunun Basqal kəndində rast gəlinir. Şəki ipəyi isə bu rayonlarda kəlağayı istehsalının geniş yayılmasının başlıca amilidir. Kəlağayı istehsalı üçün istifadə olunan materialın istehsalı qədim tarixə malik uzun prosesdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olub.
Birinci Xanım ictimaiyyət qarşısında hər zaman inamlı və zərif obraz ilə göz qamaşdırıb. Ölkəsinin maraqlarına sədaqətlə xidmət etmək və bunu geyimlərin köməyi ilə də təmsil və təqdim etmək onun başlıca hədəfidir. Azərbaycan mədəniyyətini və əvəzolunmaz misilsiz mədəni irsini hər zaman zərif çiyinlərində uğurla daşıyan Birinci Xanım həmçinin, adət-ənənələrimizə sıx bağlıdır, onun məhz bu cəhəti ölkəmizin dünyadakı nüfuzunun artmasına xidmət edir.
Onun parlaq siması Azərbaycan Qadının sevimli obrazıdır.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO