Nida Xəbər
Baş nazir Ağsuda müşavirə keçirdi - FOTO
Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.
Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)

















.jpg)

.jpg)