Nida Xəbər
AYİB prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib. AYİB nümayəndə heyəti həmçinin İçərişəhərlə tanış olub.
Publika.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və AYİB nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 181 layihə üzrə 3,7 mlrd. avroya yaxın investisiya yatırılıb. AYİB-lə birgə layihələr ölkəmizdə müxtəlif sahələrdə qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini genişləndirir.
2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri qeyd edib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı üçün müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün möhkəm əsas yaradır.
Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını diqqətə çatdıran AYİB prezidenti xanım Odil Reno-Basso qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini, bu baxımdan ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib.
Görüşdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmin gün AYİB-lə bir sıra sənədlərin imzalanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, AYİB prezidenti xanım Odil Reno-Basso, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sənədlərin davamlı və “yaşıl” inkişaf üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə əməkdaşlığın genişləndiriləcəyini qeyd ediblər.
Sonra “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb. Sənədləri AYİB-in prezidenti xanım Odil Reno-Basso və Azərbaycan tərəfdən müvafiq olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıblar. Sazişlərə əsasən, Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi və “yaşıl” texnologiyaların tətbiqi nəzərdə tutulur.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və AYİB arasında mandat məktubu imzalanıb. Sənədi AYİB-in Davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşad, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev imzalayıblar. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulur.
Tədbir çərçivəsində AYİB-nın “Star Venture” Proqramı üzrə startaplara mükafatlar təqdim olunub. Qeyd edək ki, “Star Venture” proqramının əsas məqsədi perspektivli startapların potensialının reallaşdırılmasının dəstəklənməsidir.
Tədbirdə həmçinin, Azərbaycanın Bankla əməkdaşlığı çərçivəsində ilk layihəyə - “İT Hub” layihəsinə başlanılacağı barədə məlumat verilib. Layihə çərçivəsində görüləcək işlər müasir bilik və bacarıqlara malik kadr potensialının gücləndirilməsi və regionların inklüziv inkişafına dəstək verəcək.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO