Nida Xəbər
Tokio razılıq verdi – Abenin dəfn mərasimində Rusiyanı o təmsil edəcək
Yaponiyanın sabiq baş naziri Sindzo Abenin dövlət dəfn mərasimində Rusiya nümayəndəsi kimi Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkovun iştirakı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dəfn mərasimi sentyabrın 27-də olacaq.
Yaponiya diplomatik idarəsindən verilən məlumata görə, dəfn mərasimində 217 ölkə, region və beynəlxalq təşkilatın nümayəndəsinin iştirak etməyi planlaşdırır. ABŞ-ı vitse-prezident Kamala Harris təmsil edəcək. Dəfn mərasimində Hindistanın Baş naziri Narendra Modi, Kanadanın Baş naziri Castin Trüdo, Şri-Lanka Prezidenti Ranil Vikramasinqxe və başqaları iştirak edəcək.
Sindzo Abe iyulun 8-də Nara prefekturasında mitinqdə çıxış edərkən öldürülüb. O, iyulun 12-də kremasiya edilib. Yaponiyada İkinci Dünya müharibəsindən bəri yalnız bir dəfə – 1967-ci ildə keçmiş baş nazir Siqeru Yosidanın ölümündən sonra dövlət dəfn mərasimi keçirilib.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)