Nida Xəbər
Moskvadan Lefkoşaya aviauçuşlar – İlk reysdə Prezident Ərdoğan da olacaq
Rusiya təyyarələri Antalyada “peresadka” (bir nəqliyyat vasitəsindən digərinə səyahəti davam etdirmək üçün keçid) etməklə hər gün Şimali Kiprə uçacaq.
Publika.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, uçuşların noyabr ayından başlanması planlaşdırılır. Dünən, sentyabrın 22-də Şimali Kipr prezidenti Ersin Tatar “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın bir özəl şirkətinin Şimali Kiprə uçuşlar üçün müraciət etdiyini açıqlayıb.
“Rusiyadan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) uçuşların detalları aydınlaşır. Moskvadan Antalyada “peresadka” etməklə planlaşdırılan Ercan Hava Limanına uçuşlar noyabr ayında başlamalıdır. Moskva-Antalya-ŞKTC reysi üzrə uçuşlar gündəlik olacaq. İlk reysdə Prezident Rəcəb Tayyib Ərdoğan da olacaq”, – “Yeni Şafak” yazır.
Bundan əvvəl Kipr türklərinin lideri Ersin Tatar ŞKTC-yə uçuşlar üçün müraciət edən Rusiya aviaşirkətinin adını açıqlamayıb. Bununla belə, o əlavə edib ki, daha bir neçə şirkət respublikaya uçuşların mümkünlüyünü nəzərdən keçirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Rusiya ilə Şimali Kipr arasında mümkün uçuşları müzakirə etdiyini bildirmişdi.
Sentyabrın 20-də CNN Türk Rusiya Federasiyası ilə ŞKTC arasında birbaşa aviareyslərin açılması barədə məlumat yayıb. Rusiya səfirliyi bu məlumatı təkzib edərək, “Rusiyanın Kipr nizamlanması ilə bağlı mövqeyinin dəyişmədiyini” bildirib.
Şimali Kipr Türk Respublikası beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış bir dövlətdir. Bu ölkəni yalnız Türkiyə müstəqil hesab edir. Hal-hazırda ruslar Şimali Kiprə Kipr Respublikası vasitəsilə səfər edə bilərlər: ancaq yalnız çoxdəfəlik şengen vizası və ya Kipr pro-vizası olduqda.
Səxavət Həmid
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
































.png)


.jpg)



