Nida Xəbər
ABŞ hökumətinin rəsmisi: "Ruslar heç vaxt nüvə silahından istifadə etməyəcək"
ABŞ xüsusi xidmət orqanları və digər müttəfiq ölkələr Rusiyanın nüvə silahlarını diqqətlə müşahidə edir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" Birləşmiş Ştatların beş keçmiş və indiki rəsmisinə istinadən xəbər yayıb.
Kəşfiyyat Rusiya hərbi qüvvələrinin yerləşdiyi ərazilərdə Yer səthinin şəkillərini çəkən kommersiya peyklərindən istifadə edir. Bununla belə, kəşfiyyat xidmətləri Rusiyanın genişmiqyaslı nüvə müharibəsi aparacağına inanmır, lakin “mikronüvə silahlarından” istifadə edə bilər.
“Onlar heç vaxt strateji nüvə silahlarından istifadə etməyəcəklər, heç vaxt qitələrarası ballistik raket buraxmayacaqlar və Tu-95 bombardmançısını təchiz etməyəcəklər. Onların edəcəyi şey yaxınmənzilli silahlardan istifadə etməkdir. Onların bizim mikronüvə yükləri dediyimiz döyüş başlıqları var, gücü onlarla tondan yüz tona qədərdir”, - ABŞ hökumətinin nümayəndəsi bildirib.
"Politico"nun bəzi mənbələri hesab edir ki, Rusiya nüvə silahından istifadə edəcəksə, bu, "siqnal verəcək".
Sentyabrın 21-də Rusiya Prezidenti qismən səfərbərlik elan etdikdən sonra Qərb dövlətləri Rusiya Federasiyasının nüvə silahından istifadə edə biləcəyindən ehtiyat etməyə başlayıblar. Vladimir Putin çıxışı zamanı “Rusiyanı nüvə silahı ilə şantaj etməyə” çalışanlara xəbərdarlıq edib ki, “külək flügeri onların istiqamətinə döndərə bilər”. Həmçinin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ən ifrat halda nüvə silahının mümkün istifadəsindən danışıb.
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Vaşinqtonun planı olduğuna dair xəbərdarlıq edib, lakin o, mümkün reaksiya ilə bağlı heç bir detalı açıqlamayıb.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
