Nida Xəbər
Füzuli uğrunda həlledici döyüş: şəhəri azad etməklə ordumuz yeni tarix yazdı
“Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 23 avqust 1993-cü il tarixində Füzuli rayonunun əksər hissəsi işğal edilib. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu Birinci Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq şəkildə büruzə verir”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov qeyd edib.
Deputata xatırladıb ki, işğaldan əvvəl öz tarixi, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizmi nəticəsində yerlə yeksan edilib:

“İşğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin iyirmi iki yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilib. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı. İkinci Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları oradan başladı. Füzuli şəhəri isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində iki il öncə - oktyabrın on yeddisində erməni işğalçılarından təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olub”.
C.Məmmədovun sözlərinə görə, Füzuli rayonunun azad edilməsi digər rayonların azad edilməsinə aparan yolda açar rolu daşıyırdı:
“Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu iyirmi gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrunda gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçdılar. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər. İndi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses uğurla davam etməkdədir. Bütün məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyir. O gün uzaqda deyil”.
Akqabay Mıradov
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama

















.jpg)

















