Nida Xəbər
İran rejimində insan hüquqlarından bəhs etmək tamamilə ağılsızlıqdır – Fuad Abbasov
“İranda yaşayan xalqlar ölkəni şəriət qanunları ilə idarə edən bir rejimin əlindədir. Şəriət qanunları ilə idarə olunan bir rejimdə insan hüquqlarından bəhs etmək tamamilə ağılsızlıq olar”.
Bunu Publika.az-a açıqlamasında “MİSRA” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyinin – MİSRA TV-nin rəhbəri, müstəqil jurnalist Fuad Abbasov bildirib.
Müsahibimiz deyib: “Biz bilirik ki, şəriət qanunları çıxdığı vaxt quldarlıq dönəmi mövcud idi, qul, quldar deyilən anlayışlar var idi. Yəni, insanlar qul kimi alınıb satılırdı, onların sahibi var idi. Qurani-Kərimdə də qul və qulun sahibi arasında münasibətlərin tənzimləndiyi bir mərhələdən söhbət açılır. İran rəhbərliyi hələ də şəriət qanunlarını öz ölkələrinin ən başılıca qanunu hesab edir. Yəni, İranın Konstitusiyası şəriət qanunlarına uyğun olaraq yazılıb. Onun üçün də belə bir rejimdən, belə bir dövlət idarəçiliyindən insan hüquqlarının müdafiəsi istiqamətində hər hansı anlayış gözləmək tamamilə yanlış olar. Ona görə də Almaniya və İslandiyanın bu təklifini ikiəlli dəstəkləyirəm. Çox ümid edirəm ki, Azərbaycan tərəfi bu səsvermədə orta statistik vətəndaşın tələbini dilə gətirərək İranın təməl insan hüquqlarını pozmasının əleyhinə səs verəcək. Burada biz təməl insan hüquqlarından bəhs edirik. Avropadakı – Strasburqdakı insan hüquqlarından bəhs etmirik. İnsanların, ən azı İranda yaşayan azərbaycanlıların təməl hüquqlarından söhbət gedir. Bu hüquqların pozulması istiqamətində İranda aparılan fəaliyyətlərin qınanması, oradakı vətəndaşlarımızın müdafiə olunması bugünkü Azərbaycan dövlətinin ən birinci vəzifəsidir”.
İranın dünyanın sivil dövlətləri ilə münaqişə vəziyyətində olmasına gəldikdə isə Fuad Abbasov qeyd edib ki, bu da tamamilə normal bir şeydir: “Çünki Ermənistan kimi destruktiv, islam düşməni olan bir rejimi dəstəkləyən İran, əlbəttə ki, bütün dünya ölkələrinə münasibətdə də destruktiv fəaliyyət aparmalı olacaq. Bir ölkə ki, Rusiyanın Ukraynadakı destruktiv, pozucu, dağıdıcı mövqeyini, siyasətini dəstəkləyə, biz ondan nə gözləyə bilərik?! Əlbəttə, eyniylə Ermənistanın, eyniylə Rusiyanın aparmış olduğu fəaliyyətlərin bənzərini gözləyə bilərik. Başda Fransa olmaqla bütün dünya ictimaiyyətinin İranın bu fəaliyyətini qınaması lazımdır. İsveç, İsveçrə, Norveç kimi ölkələrdə də iranpərəstlərin az olmadığını çox yaxşı bilirik. Bu ölkələr də İranda olan maddi mənfəətlərini ikinci plana keçirərək İranın bu gün bütün dünyaya sərgilədiyi dağıdıcı siyasətini qınamalıdırlar”.
Fuad Abbasov 2001-ci ildə Əfqanıstana səfər etdiyini xatırladaraq maraqlı analogiya aparıb: “Mən Əfqanıstandan video çəkib göndərmişdim. O videonu izləyən həmkarlarım bu qənaətə gəlmişdilər ki, Fuad keçmişə səyahət edib. “Sehrli xalat” filmi yadınızdadır, filmdə yeniyetmə pioner sehrli xalatı geyinib keçmişə gedir. Bax, onun kimi olmuşdu. Əfqanıstana gedib video çəkib gələndə də hər kəs elə bilirdi keçmişə getmişəm. Mənə elə gəlir ki, İrana gedən hər hansı bir şəxs oradakı mollaların geyimindən, başlarındakı çalmalarından tutmuş hərəkətlərinədək özlərini keçmişdə zənn edirlər. Sanki orta əsrlərə gediblər. Orta əsrlərdəki padşah, şah rejimi kimi bir rejimlə qarşılaşıblar. Ona görə də müasir dünyanın prinsiplərinə uyğun olmayan İranın destruktiv siyasəti bütün dünya dövlətləri tərəfindən qınanmalıdır və buna qarşılıq verməsə, İrana qarşı tədbir görülməlidir. Necə ki, vaxtilə Amerika qondarma bəhanələrlə İraqa girdi, guya orada kimyəvi silah var idi. Necə ki, qondarma bəhanələrlə Əfqanıstana girdi, sonra girməyinə peşman oldu, çıxdı. Eləcə də gəlsin İrana ağıl versin. Onda görərik ki, Amerika nəhayət, düzgün bir hərəkət edib doğru yol seçdi. Amma nədənsə görə bilmirik. Çünki orada mənfəətləri var. İraqda neft var, qaz var. Amma nədənsə hələlik İranla bağlı cəsarəti çatmır”.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurası “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda xüsusi sessiya keçirəcək. İclas noyabrın 24-də Almaniya və İslandiyanıın müraciəti əsasında keçiriləcək. Bu təşəbbüsü hazırda 44 dövlət dəstəkləyib.
Səxavət Həmid
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...