Nida Xəbər
DTX Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır
Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.
Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yayılması müxtəlif müzakirələrə və sullara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Artıq məsələ ilə bağlı DTX-nin İstintaq orqanında bir sıra şəxslərin dindirildiyi, prosessual hərəkətlər aparıldığı məlumdur.
Dindirilənlər arasında Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədov da var.
Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verən şəxs Fərhad Əhmədovdur.
Fərhad Əhmədovun köməkçisi Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.
Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı ortaya çıxmamış, sükut nümayiş etdirmişdi. İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.
Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






.png)
.jpg)

.png)




























