Nida Xəbər
Neftçala şəhərinə və rayonun bir sıra kəndlərinə yeni magistral su kəməri çəkilir - FOTOLAR
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür.
Publika.az xəbər verir ki, 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilməsi ilə rayon mərkəzi və bir neçə kənd içməli su ilə təmin edilib. Şəhərin su təchizatında etibarlılığın artırılması, eləcə də su çatışmazlığından əziyyət çəkən digər yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərindən ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri 450 və 560 mm diametrli polietilen borularla inşa edilir. Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədəri icra olunub. Kəmərin inşaasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Yeni kəmər 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək. Bu da gələcəkdə baş verə biləcək qəzalar zamanı, eləcə də suya tələbatın artdığı yay aylarında bütün yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.
Xatırladaq ki, 2020-ci ilin yayında Xəzər dənizi suyunun Kür çayı istiqamətində axması suyun keyfiyyətinin pisləşməsinə səbəb olmuş, nəticədə bu mənbədən qidalanan sutəmizləyici qurğuların fəaliyyəti dayandırılmışdır. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)