USAID-in görünməmiş səxavəti: ABŞ MDB-də milyonları kimə və nəyə xərcləyir?
Bizi izləyin

Nida Xəbər

USAID-in görünməmiş səxavəti: ABŞ MDB-də milyonları kimə və nəyə xərcləyir?

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 2022-ci ilin ikinci yarısında postsovet məkanında layihələrin maliyyələşdirilməsini kəskin şəkildə artırıb.

Publika.az xəbər verir ki, 2022-ci ilin ikinci yarısında MDB ölkələrində “demokratiyaya dəstək” layihəsinin maliyyələşdirilməsi 248 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bütün 2021-ci il ərzində USAID bu ölkələrə 243 milyon dollar sərmayə qoyub (məlumatlar usaid.gov rəsmi internet saytından götürülüb).

Ən çox qrant alanlar Ermənistan, Gürcüstan və Moldova olub, lakin Mərkəzi Asiya ölkələri də kənarda qalmayıb. Və “humanitar şahinlərin” (USAİD agentliyinin rəhbəri Samanta Pauer özünü belə adlandırır) əsas məqsədi gənclər və jurnalistlərdir.

Yalnız Gürcüstanda təhsil məqsədləri üçün cari ilin ikinci yarısında USAID 15 milyon dollar ayırıb, agentliyin layihələrində “gender stereotiplərinin” məhv edilməsi zərurətinə xüsusi diqqət yetirilib. Amerikalılar müəllimlərin yenidən hazırlanması ilə Gürcüstan təhsilinin keyfiyyətini yüksəltmək niyyətindədirlər. Yerli universitetlərin jurnalistika müəllimlərinə 250 min dollar qrant ayrılıb – onlar “doğru” jurnalistlər yetişdirməli olacaqlar.

USAID-in “iqtisadi demokratikləşmə” sahəsində daha səxavətli olduğu aşkara çıxıb: agentlik 2021-ci ildə Gürcüstanda 330 milyon dollarlıq beşillik proqrama start verdi. Bu investisiyanın rəsmi elan edilmiş məqsədi Rusiyanın iqtisadi təsirini azaltmaqdır. USAİD Ermənistanda da “demokratiyanın inkişafı” və “medianın müstəqilliyi” üçün ayrılan vəsaitə qənaət etmir: bu ilin ikinci yarısında ölkəyə iki böyük qrant ayrılıb – 120 milyon və 4 milyon dollar.

Yerli mediada anti-Rusiya ritorikasının dərəcəsinin lazımi səviyyədə saxlanılması USAİD-in postsovet məkanı ölkələrində işləməsi üçün ümumi məqsəddir. Lakin Moldova və Mərkəzi Asiya ölkələrində Amerika agentliyi maliyyələşmədə iqtisadiyyata xüsusi önəm verir. Daha doğrusu, bu ölkələrin Rusiya ilə iqtisadi əlaqələrini zəiflətməyə, əmtəə-pul axınını yönləndirməyə çalışır. Belə ki, son altı ayda USAID Moldovaya 50 milyon dollar ayırıb ki, bunun da böyük hissəsinin Avropa İttifaqı ilə ticarətin genişləndirilməsinə və müvafiq nəqliyyat-logistika infrastrukturunun yaradılmasına xərclənməsi gözlənilir.

“Mərkəzi Asiyanın Rusiya bazarlarından və ixrac marşrutlarından asılılığının azaldılması uzunmüddətli prioritet idi, lakin indi bu, təcili ehtiyacdır”, - agentliyin saytında deyilir.

Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ixracın istiqamətinin dəyişdirilməsi üçün qrantın 15,2 milyon dollar artırılaraq 34 milyon dollara çatdırılması qərara alınıb. Bu pul logistikaya yardımın göstərilməsi və Qərbdəki kontragentlərlə əlaqənin tapılmasına yönəldiləcək. Bu gün Mərkəzi Asiya ölkələrinin əsas ticari-iqtisadi tərəfdaşı Rusiyadır.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm