Nida Xəbər
İrəvan və Budapeşt diplomatik əlaqələri bərpa etdi - 10 il sonra
Ermənistan və Macarıstan tam diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
“Dekabrın 1-də Lodzda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyartonun görüşü baş tutub.
"Tərəflər erməni və macar xalqları arasında dərin tarixi və mədəni əlaqələrin və ümumi xristian irsinin olduğunu qeyd edərək, Ermənistan və Macarıstan arasında əlaqələrin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Həmsöhbətlər, həmçinin rəsmi olaraq milli azlıq kimi tanınan Macarıstanın erməni icmasının iki ölkəni birləşdirən körpülərdən biri olan rolunu vurğulayılar.
Nazirlər Ermənistan və Macarıstan arasında münasibətlərin hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar qarşılıqlı etimada və beynəlxalq hüquqa hörmət əsasında Ermənistan-Macarıstan münasibətlərində yeni səhifə açmaq niyyətlərini ifadə edərək, tam diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.
Görüşün davamı olaraq, iki hökumət arasında xüsusilə ticarət, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi imkanlarını araşdırmaq üçün qeyri-rezident səfirlər təyin olunacaq. Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, 2004-cü ildə Budapeştdə erməni zabiti Qurgen Markaryanın qətlə yetirilməsində günahkar bilinən Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsindən və Bakıda dərhal əfv olunmasından sonra - 2012-ci ilin avqustunda Macarıstanla Ermənistan arasında diplomatik münasibətlər dayandırılıb.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)