Nida Xəbər
Ərdoğan və Əliyevdən “Qardaş yumruğu” təlimində mesaj
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənovun “Qardaş yumruğu” hərbi təlimlərini izlədiyi mərasimdə iki qardaş ölkənin liderlərinin hərbçilərə müraciəti ünvanlanıb.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini Zakir Həsənov, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciətini Hulusi Akar çatdırıb.
Hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.
“Bu təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - dövlət başçısı qeyd edib.
Prezident Rəcəb Tayyip Ərdoğan təlimdə iştirak edən hərbçilərə xitabən, “sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”.
Ərdoğan Türkiyə və Azərbaycanın belə təlimlərlə birliyini gücləndirərək, gələcəyə daha qüvvətli şəkildə gedəcəyini qeyd edib.
“Bu təlimlər də göstərdi ki, biz bir-birimizlə əl-sümük kimiyik. Heç kim bizi bir-birimizdən ayıra bilməz, Allahın köməyi ilə də ayıra bilməyəcəkdir”, - deyən Ərdoğan göstərdiyi qardaşlıq və sevgi münasibətinə görə İlham Əliyevə təşəkkür edib.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)