Nida Xəbər
“Sülh sazişinin iki variantı var” - Qriqoryan detalları açıqladı
"Azərbaycandan aldığım sazişin mətni sülh sazişinə çox da bənzəmir".
Publika.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə jurnalistlərə müsahibəsində bildirib.
“Sülh sazişi mətninin iki variantı var. Biri Rusiya, digəri Azərbaycan tərəfindən təklif olunub və tərəflər üzərində işləyirlər. Qərb - yəni nə Vaşinqton, nə Brüssel, nə də digər paytaxtdan bizə heç bir mətn daxil olmayıb. Qərb danışıqlar üçün mühit yaratmağa çalışır. Moskva da belə bir mühit yaratmağa çalışır. Ermənistan və Azərbaycan sülhə nail olmaq üçün hər şeyi etməlidir”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
“Azərbaycan 5 bəndi yazanda onlardan üçü Qarabağın adını çəkmədən Qarabağla bağlı olub. Erməni tərəfinin yanaşması bundan ibarətdir ki, Qarabağa hər hansı istinad varsa, bu, açıq şəkildə bildirilməlidir. Mənimlə Azərbaycan Prezidentinin köməkçisi arasında Vaşinqtonda keçirilən görüşdə Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini müzakirə etmək üçün beynəlxalq mexanizm yaratmaq barədə razılıq əldə olundu. İndiyə qədər o mexanizmlə bağlı heç bir aydınlıq yoxdur və bizim bunu sülh sazişi ilə, yoxsa sülh sazişindən kənarda edəcəyimiz də aydın deyil”, - deyə Armen Qriqoryan bildirib.
O qeyd edib ki, İrəvan təhlükəsizlik təminatlarının yaradılmasının və Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizlik məsələlərinin müzakirəsinin tərəfdarıdır: “Bu, sülh sazişi və ya başqa beynəlxalq mexanizmlə müəyyən edilə bilər".
Armen Qriqoryan əmin edib ki, Ermənistan sülh müqaviləsinin mətni üzərində işləməkdə davam edir. Bu, Azərbaycanın təklif etdiyi versiyadır və tezliklə redaktə olunmuş şəkildə Bakıya təqdim olunacaq.
"Biz Azərbaycan tərəfindən aldığımız şərhlərlə mətnin geri qaytarılması və görüş təşkil edilməsi istiqamətində işi davam etdiririk", - Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
O, həmçinin Ermənistanın ilin sonuna qədər sülh müqaviləsi bağlamaq üçün bütün səylərini əsirgəməyəcəyinə əmin edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)

















.jpg)






.jpg)


