Nida Xəbər
Xameneinin şəkilini asanlara qarşı tədbir görülməlidir - Deputatdan çağırış
“İndiyə qədər Azərbaycanda olan iranpərəstlər, İranın bayrağını qaldıranlar, Xameneinin şəkillərini asanlar, İran dövləti ilə əməkdaşlıq edən media qurumları səfirliyimizə qarşı törədilən terror aktından nəticə çıxarmalı və cinayəti görüb götür-qoy etməlidirlər”.
Bu sözləri Publika.az- açıqlaması zamanı deputat Elman Məmmədov deyib.

O qeyd edib ki, İran və iranpərəstlər məlum olan terrora don geyindirməyə və yayınmağa çalışır.
“Ölkəmizdə olan iranpərəstlər nəzərə alsınlar ki, adını İran İslam Respublikası kimi təqdim edən bir ölkə bütün İslam müqəddəsliklərini murdarlayıb, talan edib dağıdır. İslam dininə məxsus insanlar arasında soyqırımlar törədir, Azərbaycanın ərazisini işğal edir. Səfirliyimizə qarşı terror aktından sonra iranpərəstlər öz mövqeləri haqqında bir daha düşünməlidir.Əks təqdirdə onlara qarşı tədbirlərin görülməsi ictimai tələbə çevriləcək”.
Deputatın sözlərinə görə, bu gün Tehranla İrəvan qardaşlaşmış şəhərlər kimi təqdim edilir.
“Paşinyanı özlərinin “ağsaqqalı”, Anna Akopyanı isə “ağbirçəkləri” kimi qəbul edən ölkəyə necə münasibət bəsləmək olar? İndi İranı sevənlər və dəstəkləyənlər baxıb nəticəyə gəlsinlər. Səfirliyimizə qarşı edilən hücum hər nə qədər İran tərəfindən yayındırılsa da , təkzib olunsa da, bu, birbaşa mola-fars rejiminin təşkil etdiyi təxribat və cinayətdir”.
E.Məmmədov hesab edir ki, hadisə ciddi şəkildə araşdırılmalı və terrora don geyindirməyə çalışanlar barəsində tədbirlər görülməlidir.
Ayşən Rəhim
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





