Nida Xəbər
İran mediası din pərdəsi altında nə edir?
“Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən son günlər İranın casus şəbəkəsinə qarşı keçirdiyi geniş əməliyyat tədbirlərinin nə dinlə, nə də ki məzhəblə heç bir bağlılığı yoxdur. Burada məqsəd Azərbaycanın milli maraq və təhlükəsizliyinə yönəlmiş fəaliyyəti və ictimai-siyasi sabitliyin güc yolu ilə pozulmasının qarşısını almaqdır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, hər bir müstəqil dövlət kimi Azərbaycan da öz milli təhlükəsizliyini təmin etmək üçün ölkə ərazisində təxribat, terror və ya kəşfiyyat fəaliyyəti göstərən qrupların zərərsizləşdirilməsi işini icra edir.
“Bu fəaliyyəti dini görüşlərlə pərdələmək yalnız və yalnız ictimaiyyətin fikrini çaşdırmaqdır. İranın ikiüzlü media orqanları tərəfindən bu fikirlərin dəstəklənməsi heç təsadüfi deyildir. Çünki həbs olunan şəxslərin hamısı İranın xüsusi xidmət orqanları tərəfindən təlimat alaraq, Azərbaycanda qarşıdurma yaratmaq istəyən dairələrin və qrupların aktiv üzvləridir. İranın siyasi hakimiyyəti son 30 il ərzində Azərbaycanda yaratmış olduğu zərərli proksilərinin və dayaqlarının ard-arda sıradan çıxdığını gördükcə, belə bəyanatlar verməyə məcbur olur”.
Politoloq bildirib ki, anti-terror tədbirləri İranın Azərbaycanın daxilinə sirayət etməsinə və daxili işlərinə qarışmasına sədd çəkir:
“Bu, eyni zamanda Azərbaycanda İranın maraqlarına xidmət edə biləcək potensial qüvvələrin də gələcək planlarını tamamilə alt-üst edir. Belə olan halda İran KİV-i Azərbaycana qarşı məhz dini yönümdə hücumları artırmaq qərarına gəliblər. İran, əsasən özünün çirkin din siyasəti altında Azərbaycanda qarşıdurma yaratmaqda maraqlı olub və bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində və məscidlərdə İran ruhunda yetişmiş insanları yerləşdirə bilib”.
A.Əliyevin fikrincə, Azərbaycan dövləti geniş miqyasda bu təbəqəyə qarşı real faktlar əsasında hüquqi tədbirlər həyata keçirir. Azərbaycanın bundan sonra da milli təhlükəsizliyinə və maraqlarına, eləcə də ictimai-siyasi sabitliyinin pozulmasına yönəlmiş hər bir xarici və daxili qüvvələrin fəaliyyəti vaxtında və zamanında zərərsizləşdiriləcək:
“Bu tədbirlərin isə dinlə əlaqəsi yoxdur. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini sərbəst şəkildə icra və istənilən məzhəbə sitayiş etməkdə tam müstəqildirlər. İrandan fərqli olaraq Azərbaycan multikultural ölkədir, dinlərarası qarşılıqlı hörmət atmosferi formalaşıb və dini qaydalar məcburi xarakter daşımır”.
Aydan Beydullayeva
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)









.jpg)













.jpg)



.jpg)

