Nida Xəbər
Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlandı
İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.
Publika.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib.
İ.Süleymanovun sözlərinə görə, yol 4 hərəkət zolağından ibarətdir:
"Yolun 8,2 km-lik hissəsinin üzərində 4 avtobus dayanacağı, uzunluğu 79 metr olan bir ədəd körpü və 15 ədəd müxtəlif diametrli suötürücü borular tikilib təhvil verilib.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.
Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.
Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir. Həmçinin yolda 8 ədəd müxtəlif suötürücü boru və heyvan keçidləri də daxil olmaqla 7 düzbucaqlı boru inşa edilib".
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama

















.jpg)

















