Nida Xəbər
Erməniləri qorxuya salan silah: Bakı İrəvana belə nəzarət edir - VİDEO
09:06
Ermənistanda Azərbaycanın hücumuna dair yeni iddialar ortaya atılıb. Bu dəfə zərbənin hərbi müstəvidə yox, kibersahədə edildiyi deyilir.
Publika.az xəbər verir ki, media üzrə erməni ekspert Samvel Martirosyan Azərbaycanın İsrail istehsalı olan “Pegasus” casus proqramından Ermənistana qarşı kibersilah olaraq istifadə etdiyini iddia edib.
Onun iddiasına görə, Ermənistanda bir çox vətəndaşın telefonlarına hücumlar baş verir.
“Müdaxilələr “Pegasus” casus proqramı vasitəsilə edilir. İzlənilənlər həm rəsmi, həm siyasi, həm də hərbi şəxslərdir”, - erməni ekspert iddiasını davam etdirir.
Bu iddia ilə bağlı məsələ ötən ay Avropa Parlamentində erməni lobbisi tərəfindən gündəmə gətirilib. Eyni iddiaların mediada tirajlanması da kampaniya xarakteri daşıyır. Hərçənd, Ermənistanda “Pegasus” proqramı hakimiyyət tərəfindən müxalifləri izləmək üçün istifadə olunur.
Hələ iki il öncə bununla bağlı böyük qalmaqal yaranmışdı. Məlumatlara görə, Ermənistan hakimiyyəti “Pegasus” proqramının alınmasına 7 milyon dollar vəsait xərcləyib və hakimiyyətə təhlükə yaradan şəxslərin izlənməsində istifadə edir.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)