Nida Xəbər
Məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər - FOTO
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar əllərində qırmızı qərənfil və şəhid şəkilləri tutan məktəblilər Şəhidlər xiyabanına ziyarətə tələsirlər. Qan-qada, top-tüfəng, ölüm-itim nə olduğunu bilməyən, ürəkləri şüşə kimi tərtəmiz olan bu balaca fidanlar ölümsaçan güllələrin qətlə yetirdiyi günahsız şəhidlərin məzarlarına çiçəklər düzürlər.
Şəhidlər haqqında onlara evdə valideynləri, məktəbdə müəllimləri danışıblar, özləri kitablardan oxuyublar. İndi də öz canları-qanları ilə onlara bütöv və müstəqil Azərbaycanı, mavi səmanı, parlaq Günəşi bəxş edən müqəddəs şəhidləri ziyarət etməyə gəliblər. Məktəblilər qara mərmər lövhələrdən boylanan hər bir şəhid qarşısında ayaq saxlayır, onların kimliyi, həlak olduğu şərait barədə müəllimlərinin danışdığı hekayətlərə qulaq kəsilirlər. Bu gün eşitdikləri əhvalatlar, şəkillərini gördükləri nurlu simalar, aldıqları təəssüratlar heç vaxt onların yadlarından çıxmayacaq...
Publika.az xəbər verir ki, artıq bu gündən Şəhidlər xiyabanına ziyarət başlanıb.
Ziyarətçilər arasında müxtəlif dövlət qurumlarının əməkdaşları və şəhidlərin ailə üzvləri, qohum və yaxınları, ictimaiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri ilə yanaşı, valideyn və uşaqlar da var. Onlar şəhidlərin məzarı önünə tər qərənfillər düzür, onların ruhlarına dualar oxuyurlar.
Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarımızın əziz xatirəsi bu torpağı üzərində azad və xoşbəxt yaşayan hər kəs üçün əzizdir.
Elə həyatda ilk addımlarını atan məktəblilər üçün də...
-
İdman20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da
-
Avropa20:12Avropada antik sikkə rekord qiymətə satıldı
-
Hadisə19:12Fəvvarələr meydanında güclü yanğın - VİDEO
-
Hadisə18:48Bakıda ananın körpəsini dənizə atması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ
-
Nəqliyyat18:36Sabiq nazir bu fonda dörd avtomobil satacaq
-
Dünya17:06Türkiyəyə qarşı “3+1” planı: Yunan mətbuatı gizli detalları açıqladı
-
Rəsmi xronika16:13İlham Əliyev iki fərman imzaladı
-
Magazin215:48Kardaşyan bu brend üçün soyundu - FOTO/VİDEO






















.jpg)







_(3).jpg)




