Nida Xəbər
MSK bu prosesi başa çatdırdı
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb.
Secki-2024.az saytına istinadən xəbər verir ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ölkənin digər bütün seçki dairələrinə təhvil verilib. Bununla da proses tam yekunlaşdırılıb.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 524 203 seçki bülleteni çap olunub.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi