Nida Xəbər
Ermənistan Kamillə bağlı açıqlama yaydı: əl çəkməyəcəyik!
“Fevralın 21-i günortadan sonra Ermənistan Daxili İşlər Nazirliyi tərəfimizdən axtarışda olan Kamil Zeynallının tapılması ilə bağlı Rusiyadan rəsmi məktub alıb. Daxili İşlər Nazirliyi dərhal təsdiqləyib ki, Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır, həbs qətimkan tədbiri seçilib”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
“Fevralın 21-də günortadan sonra axtarışa başlayan bölməyə Rusiya Federasiyasından axtarışda olan şəxsin tapılması barədə rəsmi məktubla axtarış faktının təsdiqlənməsi xahişi ilə məlumat verilib. Cavab olaraq, dərhal həmin şəxsin beynəlxalq axtarışda olduğu təsdiqlənib və barəsində həbs-qətimkan tədbiri seçilib. Axtarışda olan şəxsin azadlığa buraxılması barədə məlumatın olmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb. Sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ekstradisiya ilə bağlı zəruri tədbirlərin görülməsi üçün Ermənistan Baş Prokurorluğa veriləcək”, - N. Sarkisyan bildirib.
Qeyd edək ki, ötən gün Kamil Zeynallı Moskvadan Bakıya qayıtmaq istəyərkən Domodedovo hava limanında saxlanılıb. Səbəb isə Ermənistanın Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı ötən gün günorta saatlarında azad edilib və Vətənə qayıdıb.
Murad
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





