Nida Xəbər
Həbs edilən general məhkəməyə videokonfransla qatıldı

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az Report-a istinadən xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb.
İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb.
Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.
Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qəfil gəlir sizi sevindirə bilər
-
Art16 Mart 23:12
YUĞ-da nə baş verib? - Teatr üzr istədi
-
Səhiyyə16 Mart 21:12
Qan təzyiqini aşağı salmağın ALTI YOLU
-
Art16 Mart 20:30
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
-
Nida Xəbər 16 Mart 20:20
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Magazin116 Mart 20:00
Tolik verilişinin qonağı olan müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
-
Sosial16 Mart 19:48
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılacaq
-
Magazin116 Mart 19:36
“Restoranlarda yeni dələduzluq növünə keçiblər”