Nida Xəbər
Ermənilər Azərbaycan kəndindən çıxmaq istəmir - Qərargah yaratdılar
Azərbaycanın Əskipara kəndində (Yuxarı və Aşağı Əskipara kəndinin arasında yerləşən, ermənilər tərəfindən Voskepar adlandırılan ərazi) məskunlaşan ermənilər ərazini tərk etməyəcəklərini və kəndlərin təhvil verilməsi ilə razılaşmayacaqlarını bildirib.
Publika.az xəbər verir ki, kənddəki ermənilər bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.
Onlar məktubda kəndlərin qaytarılması ilə yaşadıqları kəndin mühasirəyə düşəcəyini əsasən gətirərək, hökumətin ərazilərin təhvil verilməsi ilə bağlı qərarını dəyişdirməsini istəyiblər.
Bununla yanaşı, Ermənistan müxalifəti və revanşist qüvvələr bu kənddə yaşayan erməniləri müqavimətə hazırlayır. Bu məqsədlə “Ermənistan dövlətçiliyi naminə” əlaqələndirici qərargah da yaradılıb. Qərargahın əsl məqsədi də bu kənddəki erməniləri təşkilatlandırmaq və 4 kəndin qaytarılmasına qarşı etiraz kampaniyaları təşkil etməkdir.
Lakin Ermənistan hakimiyyəti Əskiparadakı ermənilərin müraciətini qəbul etməyib. Kənddəki ermənilərə cavabı isə Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının deputatı Vahe Qulamyan verib.
Qulamyan Paşinyanın fikirlərini yada salıb və qeyd edib ki, bu kəndlər Ermənistana məxsus deyil.
“Bizim öz sərhədimiz olmalıdır. Kəndlərin qaytarılması da delimitasiya prosesinin bir hissəsidir. Sərhədin çəkilişinə Tavuşdan başlamaq qərarı verilib”, - o bildirib.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
