Nida Xəbər
Fransanın vəhşilikləri dünya ictimaiyyətinə çatdırılacaq
Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloqer və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mətbuat konfransında Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox dinc sakinin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Belə ki, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.
Konfransın məqsədi, həmçinin Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Mətbuat konfransında Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar. Tədbirdə 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir.
Konfransda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyat keçmək mümkündür: https://shorturl.at/nqE1i
-
Yaxın Şərq11:00İranda atçılıq klubu vurulub, 11 nəfər həlak oldu
-
Yaxın Şərq10:53Xeyli sayda "F-14" qırıcıları vuruldu
-
Yaxın Şərq09:40SEPAH-dan iddia: "Arifcan" bazası vuruldu
-
Avropa08:12Avropada ABŞ səfirliyi qarşısında güclü partlayış
-
Magazin208:00“Victoria's Secret”in mələyi kiçik bikinidə poza verdi - Foto
-
Ekologiya07:17Bayram günü hava necə olacaq?
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto




































