Nida Xəbər
Addım-addım evə: Qarabağda görünməyən mübarizə - Fotolar
Rejissoru Evrim İnci, prodüseri Berker Bülbüloğlu olan “Addım-addım evə” sənədli filmi Azərbaycanın Qarabağ bölgəsində hər gün həyatlarını riskə ataraq mina təmizləyən insanların təsirli hekayələrinə fokuslanır.
Publika.az xəbər verir ki, ssenarisi Elif Feyza Demir tərəfindən qələmə alınan film, müharibədən geriyə qalan görünməz təhlükələrin ortasında çalışan mina təmizləyənlərin yalnız peşə fəaliyyətini deyil, həm də ümidlərini və mübarizələrini tamaşaçıya təqdim edir.
“Addım-addım evə” yaşanması yenidən mümkün olan bir coğrafiyanın bərpa prosesini, bu prosesin ən riskli missiyasını yerinə yetirən insanların baxış bucağından nəql edir.
Sənədli filmin ekspertləri Ümid Rəhimoğlu və İdris Heydərlidir. Melik Külekçi, Anar Veyisov, Fatimə Məmmədova kimi komanda üzvlərinin də yer aldığı layihə iki qardaş ölkənin ortaq yaddaşına və həmrəyliyinə də vurğu edir. Texniki və narrativ yanaşması ilə diqqət çəkən film yeni nəsil sənədli kino dili ilə formalaşdırılıb.
Bu il ərzində tamamlanması planlaşdırılan “Addım-addım evə” sənədli filminin qalası həm Azərbaycanda, həm də Türkiyədə keçiriləcək.
Film müharibədən sonrakı həyatın görünməyən qəhrəmanlarını ön plana çəkərək izləyicini sadəcə müşahidəyə deyil, həm də dərin düşüncəyə və üzləşməyə dəvət edir. Qarabağ torpaqlarında basdırılmış minlərlə minanın böyük səbir və diqqətlə addım-addım zərərsizləşdirilməsi filmin əsas xəttini təşkil edir. Hər çıxarılan mina isə bölgənin yenidən həyata qayıdışının rəmzi kimi təqdim olunur.
-
Magazin203:13Bikinidə sal daş üzərində uzanıb poza verdi - FOTO
-
Səhiyyə02:42Arıqlamağın əsas düşməni - Populyarlığın arxasında sağlamlıq üçün ciddi təhdidlər gizlənir
-
Səhiyyə01:41Nadir Burbon virusunun yayılma riski var? - ÜST-dən AÇIQLAMA
-
Region00:30Özgür Özelin toxunulmazlığının ləğvi tələb edildi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ciddi maskanı bir kənara qoyun və...
-
Magazin14 Avqust 23:00Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO
-
Hadisə4 Avqust 22:36Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO
-
Magazin14 Avqust 22:24Ceki Çanın Bakıda yeni görüntüləri - VİDEO























.jpg)
.webp)


.jpg)
.jpg)
.jpg)





