Nida Xəbər
İlham Əliyev işarə etdi: Hazırdırlar, azacıq zəifləsək…
Əliyevin Zəfər Günü münasibətilə xalqa ünvanladığı müraciətdə səsləndirdiyi iki fikri yaxın və uzaq perspektivdə həm dövlət, həm xalq olaraq unutmamalıyıq.
Birincisi, Ermənistanın silahlandırılması və yeni müharibəyə hazırlanmasıdır. Əliyev “Biz hər an yeni təxribata hazır olmalıyıq” deyir və hadisələrin inkişafı – ermənilərin hərbi müstəvidə dəstəklənməsi və Ermənistan üzərindən qurulan siyasi planlar – bu fikirlərin ritorika yox, kəşfiyyat məlumatlarına əsaslandığını deməyə əsas verir. Və ilkin hədəf Azərbaycan üzərində üstünlük qazanmaq deyil, bunun çətin olduğunu anlayırlar, həm də hansısa üstünlüyün qazanılması bu planda əlavə “qazanc” ola bilər. Hədəf mümkün təxribatlarla regionda siyasi daşları qarışdırmaq – danışıqlar prosesinin inkişafını dəyişdirmək, gündəliyi korrekt etməkdir. Bu, sülh sazişindən bəhs edən Ermənistan rəhbərliyi üçün alternativ plandır.
İkincisi, qazandığımız Zəfəri qəbul edə bilməmələridir. Əliyev deyir ki, “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər”.
“Onu bizə bağışlaya bilmirlər” sözləri bu məsələdəki reallığı tam ifadə edir. Çünki Azərbaycan təkcə Şərqi Zəngəzuru yox, həm də Qarabağı azad edərək, Cənubi Qafqazda erməni separatizmini və onlar üzərində qurulan yüzillik planları məhv edib. Nə vaxtsa, az da olsa, zəifləsək, əvəzini almaq üçün hazır vəziyyətdə gözləyirlər. Bunun olmaması üçün güclü olmalı və Ermənistanı daim nəzarətdə saxlamalıyıq: sülh müqaviləsi də ermənilərin maksimum güzəşti ilə imzalanmalıdır, əks təqdirdə, maksimum güzəşt əldə edilənə qədər gözləməliyik.
Bu Zəfər uğrunda canından keçən şəhidlərin ruhu əbədi şad olsun. Onlar təkcə bizim yox, bu coğrafiyanın taleyini dəyişdi.
Asif Nərimanlı
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq



























.jpg)








