Xəzinə ovçusu xəzinə əvəzinə "bioloji təhlükə" tapdı
Bizi izləyin

Dünya

Xəzinə ovçusu xəzinə əvəzinə "bioloji təhlükə" tapdı

Xəzinə ovçusu xəzinə əvəzinə "bioloji təhlükə" tapdı

"Reddit" istifadəçisi "Mind0verMatter91" portalda gözlənilməz tapıntısının fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, o, metal detektorla Xorvatiya meşələrində qədim sikkələrə və digər qalıqlara rast gəlmək ümidi ilə gəzir.

“Bu gün içərisində çəhrayı maye kapsulu olan, arxa tərəfi folqa ilə örtülmüş kiçik blister aşkar etdim. Üzərindəki yazını araşdırdıqdan sonra məlum oldu ki, bu, vəhşi heyvanların quduzluğa qarşı ağızdan peyvənd edilməsi üçün nəzərdə tutulmuş yemdir. Üzərində açıq şəkildə “canlı zəiflədilmiş virus” yazılıb və insanlarda istifadə üçün nəzərdə tutulmadığı qeyd edilib. Bu, torpaqda olan naməlum əşyalarla ehtiyatlı davranmağın vacibliyini xatırlatmaq üçün yaxşı nümunədir, xüsusən də vəhşi heyvanların yaşadığı ərazilərin yaxınlığında qazıntı apararkən. Başqa kimsə bioloji təhlükə ilə qarşılaşıbmı?” — deyə o soruşub.

Digər istifadəçilər müəllifi bunun o qədər də nadir hadisə olmadığına inandırıblar. Müəllifin Çexiyadan olan həmkarı yazıb ki, o, bu cür blisterlərdən onlarla tapıb, lakin adətən onların heyvanlar tərəfindən parçalandığını bildirib. Polşa, Latviya və hətta Kanadadan olan xəzinə axtaranlar da oxşar təcrübələrini bölüşüblər.

“Əslində, virusun bu forması yüngül qızdırma və sanki kimsə sizi az qala ölümcül döyübmüş kimi hiss etməkdən başqa heç bir əlamət yaratmamalıdır. O, tamamilə təhlükəsizdir, çünki tülkü böyüklüyündə heyvanlar üçün nəzərdə tutulub”, — deyə şərhçilərdən biri yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm