Nida Xəbər
Parlamentlər daha güclü iqlim planları üçün təkan verə bilər - Muxtar Babayev
COP29 sədrliyinin danışıqlarda əsas prioriteti iqlimin maliyyələşdirilməsində yeni məqsəddir.
Publika.az xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.
Muxtar Babayev bildirib ki, COP29 Sədrliyi iqlim dəyişikliyi ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək planına diqqət yetirir:
“Parlamentlər daha güclü iqlim planları üçün təkan verə bilər. Parlamentlər milli büdcələri təyin edir və onlara nəzarət edir, hökumətlərin iqtisadi qərarlarında mühüm rol oynayır. Bunlar keçid dövrünün maliyyələşdirilməsində və iqlimə davamlı dünyanın qurulmasında mühüm rol oynayacaq.
Başa düşürük ki, siyasi və maliyyə məhdudiyyətləri kimi çətinliklər ola bilər. Heç bir şey bütün xalqların təhlükəsizliyinə, rifahına iqlim dəyişikliyindən daha böyük təsir göstərə bilməz. Parlament transformativ dəyişiklik üçün siyasi iradənin formalaşmasına kömək edilə bilər. Bu siyasi iradəni həm COP29-da, həm də qayıdanda qorumaq lazımdır".
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı
-
Nəqliyyat11 Mart 21:26Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik
-
Kriminal11 Mart 21:13Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı
-
Magazin111 Mart 20:48İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab
-
Rəsmi xronika11 Mart 20:36Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi
-
İnanc11 Mart 19:40Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı
-
Nida Xəbər 11 Mart 18:10İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi
-
Region11 Mart 17:12Paşinyan Azərbaycanı izləyən Aİ missiyası haqda: Rolunu qiymətləndirmək çətindir




































