Nida Xəbər
Naxçıvan MSK-ya sədr seçildi
Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri, müavini və katibi seçilib.
Publika.az xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib. Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Ç.Həsənli qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də Ali Məclisə seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək.
Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı










.jpg)


_28385.jpg)




















.jpg)
