Nida Xəbər
Azərbaycan iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulmasını təşviq edəcək
Azərbaycan iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək.
Publika.az-a Səhiyyə Nazirliyindən daxil olan məlumata əsasən, bunu səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşdə deyib.
Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətini vurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcəyini qeyd edib:
“ATACH-nin həmsədri kimi, Azərbaycan iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək”.
Hans Henri Kluge Azərbaycanda COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil edir və COP29 da istisna deyil”.
ÜST-nin Avropa üzrə regional direktoru COP29-da müzakirə olunan mövzuların aktuallığını vurğulayaraq, Tərəflər Konfransının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü






































