Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
Bizi izləyin

Dünya

Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?

Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?

Hindistanda kişi gələcək həyat yoldaşının işlədiyi yer barədə həqiqəti gizlətdiyini öyrəndikdən sonra evlənməkdən imtina edib.

Publika.az NDTV-yə istinadla xəbər verir ki, qadın dövlət qulluqçusu olduğunu bildirsə də, müvəqqəti müqavilə əsasında işlədiyini açıqlamayıb.

Bəyin dostu deyib ki, o, gələcək həyat yoldaşı ilə tanışlıq tətbiqi vasitəsilə tanış olub. Qadın özəl kolleci bitirib və dövlət qurumlarından birində işləyib. Tanışlığın ilk mərhələsində o, potensial həyat yoldaşının maaşı ilə maraqlanıb və öz tələblərini sadalayıb. Qadın maddi təminatı yaxşı olan, şəxsi mənzili və avtomobili olan, həmçinin boyunun hündür olması arzuolunan bir kişi axtarırmış.

Bəy isə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) alimi olub. O, nüfuzlu kollecdə mühəndislik təhsili alıb, daha sonra xaricdə magistratura pilləsini bitirib. Dostunun sözlərinə görə, kişi yaxşı qazanc əldə edir və heç nəyə ehtiyac duymurmuş. Bununla belə, boyu təxminən 165 santimetr olub, halbuki qadın daha uzunboylu kişilərə üstünlük verirmiş.

İlk vaxtlar tanışlıq uğurla davam edib, hətta ailələr nişan mərasiminin tarixini də müəyyənləşdiriblər. Lakin sonradan bəyin qohumları qadının müvəqqəti müqavilə əsasında işlədiyini öyrəniblər. Bundan sonra kişi evlənməkdən imtina etmək qərarına gəlib.

Şərh yazanların çoxu bəyin qərarını dəstəkləyib və hesab edib ki, belə bir məlumatı toydan əvvəl gizlətmək olmaz.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm