Region
“KIZILELMA” Hərbi Hava Qüvvələrinə təhvil verildi
Türkiyənin milli imkanlarla hazırladığı ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” uğurla tamamlanan qəbul sınaqlarından sonra ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Publika.az xəbər verir ki, “Baykar” şirkətinin açıqlamasına görə, qəbul sınaqlarını uğurla başa vuran ilk üç “KIZILELMA” pilotsuz qırıcı təyyarəsi artıq inventara daxil edilib. Bununla Türkiyə dünya aviasiya tarixində pilotsuz qırıcı təyyarəni inventara daxil edən ilk ölkə olub.
Layihə çərçivəsində indiyədək sınaq və təlim tədbirləri çərçivəsində ümumilikdə 600 uçuş həyata keçirilib.
2022-ci il dekabrın 14-də ilk uçuşunu reallaşdıran “KIZILELMA” 2023-cü ildə digər pilotsuz və pilotlu hərbi təyyarələrlə birgə uçuşlar həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. 2025-ci ildə isə müxtəlif sursatlarla atış sınaqlarını uğurla tamamlayıb.
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
















.png)
















.png)