Nida Xəbər
Bu dəmiryolu vasitəsilə 380 milyardlıq yük daşınıb
"Bu ilin birinci yarısında Çin-Avropa dəmiryolu ekspresi ilə 90 mindən çox reys həyata keçirilib".
Publika.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin Sərhəd və okean məsələləri departamentinin nümayəndəsi Qiu Xınlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, ümumilikdə 380 milyard ABŞ dolları dəyərində yük daşınıb:
"Çin-Avropa dəmiryolu ekspresi Çinin 123 şəhərini 25 Avropa ölkəsində 224 şəhər və 11 Asiya ölkəsində 108 şəhərlə birləşdirir. Çin limanlarında rəqəmsal transformasiya və internet şəbəkəsi infrastrukturunun inkişaf etdirilməsi məsələsinə də toxunan departament nümayəndəsi qeyd edib ki, Çin dünya səviyyəli müasir limanların tikintisi üçün 56 limanda pilot layihələr həyata keçirir: "Bu limanlar ağıllı qurğular, rəqəmsal idarəetmə və regional əməkdaşlığa əsaslanan müasir limanlar kimi yenidən qurulur. Bundan əlavə, Çin-Vyetnam Ağıllı Limanı kimi layihələr regional əməkdaşlıqda yeni model yaradıb. Biz əməkdaşlıq modellərini daha da şaxələndirdik".
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

