Nida Xəbər
Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi

Bütün qarayaxma və boykot kampaniyalarına baxmayaraq, COP29-a uğurla ev sahibliyi edən Azərbaycan qlobal iqlim problemlərinin həllinə mühüm töhfə verdi.
Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal COP29 tədbirinin yekunlarını qiymətləndirərkən deyib.
Onun sözlərinə görə, COP29 tədbirini iki kontesktdə qiymətləndirmək olar. Biri bu tədbirin Bakıda keçirilməsindən Azərbaycan əldə etdiyi dividentlər, digəri dünyanın iqlim probleminin həlli üçün verilən qərarlarda rəsmi Bakının oynadığı roldur.
A.Camal hesab edir ki, COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan dividentlər qazandırdı:
“Azərbaycan dünyanın ən böyük tədbirini yüksək səviyyədə təşkil etməklə beynəlxalq nüfuzunu daha da gücləndirdi. Qərbdən ölkəmizə qarşı hücumların səbəblərindən biri də COP29-un qüsursuz təşkil edilməsi idi, çünki Azərbaycanın qlobal səviyyədə performans göstərməsini həzm edə bilmirlər. Halbuki Bakı bir daha qlobal problemlərin müzakirə məkanı olduğunu nümayiş etdirdi. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindən onminlərlə qonağın Bakıya gəlməsi Azərbaycanın tanınmasında mühüm rol oynadı. Bütün bunlar Azərbaycanın “yumşaq güc”ünü möhkəmləndirir, beynəlxalq müstəvidə daha cəlbedici ölkəyə çevirir”.
Politoloq COP29-un iqtisadi dividentlərinin uzun müddət davam edəcəyini bildirib:
“Onminlərlə qonağın Azərbaycana gəlişi turizm sektorunun gələcəyinə yatırımın edilməsi kimi də qəbul edilə bilər. Çünki COP29-da iştirak edənlərin ölkəmizə turist kimi qayıtması, o cümlədən, öz ölkələrində Azərbaycanı təbliğ etməsi gözləntisi böyükdür. Ən böyük yatırımın isə Azərbaycanın yaşıl enerji sektoruna edildiyini düşünürəm. Dünyada artıq trend olan yaşıl enerji sektoru beynəlxalq investorların da diqqət mərkəzindədir. Qlobal iqlim peroblemləri ilə bağlı keçirilən müzakirələrdə yaşıl enerjiyə investisiyaların cəlb edilməsi prioritetlərdən biridir. Azərbaycanın bu sektorda potensialı böyükdür, xüsusilə azad olunmuş ərazilərdə. COP29 Azərbaycana öz yaşıl enerji potensialını təqdim etməyə və investorların diqqətini cəlb etməyə imkan verdi. Hesab edirəm ki, iqtisadi dividentlər uzunmüddətli olacaq”.
A.Camal COP29-un qlobal iqlim problemlərinin həllinə mühüm töhfə verdiyini vurğulayıb:
“Yekun qərarda iqlim maliyyəsi 300 milyard dollar məbləğində müəyyənləşdi, eləcə də bu məbləğin 500 milyard dollara çatdırılması ilə bağlı yeni imkanlar yaradıldı. Bu, son 15 ildə qlobal iqlim problemlərinin həlli məqsədilə keçirilən COP tədbirlərində ən böyük uğurdur. Bakıda 15 ildir davam edən iqlim maliyyəsi streotipi qırıldı. Çünki iqlim maliyyəsi razılaşması ilk dəfə 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də razılaşdırılıb və 100 milyard dollar müəyyən edilib. Razılaşmaya görə, hər il ayrılması nəzərdə tutulan bu məbləğ 2020-ci ilə qədər davam etməli idi. 2015-ci ildə Parisdə keçirilən COP21-də məbləğ 100 milyard dollar saxlanılsa da, ayrılması müddəti 2025-ci ilə qədər uzadıldı. İqlim maliyyəsinin artırılmaması streotipə çevrilmişdi və artırılacağı gözləntisi az idi. Bakıda isə 300 milyard dollarlıq razılaşma ilə rekord nəticə əldə olundu və beləliklə, Bakının adı COP tarixinə streotiplərin qırıldığı, iqlim problemlərinin həllində yeni mərhələnin başlandığı məkan olaraq düşdü. Təbii ki, bu, Azərbaycanın qlobal çəkisini artıran amildir”.
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO
-
Magazin218 Oktyabr 22:36
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO
-
Yaxın Şərq18 Oktyabr 21:36
Atəşkəsdən sonra dağıntılar altından 280 cəsəd çıxarıldı